Tərtərdə 26 yaşlı gənc minaya düşdü, hər iki ayağını itirdi

Bu gün  saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, ilkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə bildirib ki, Samir Əlizadə polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.


Share: