Şvartseneger “Cəsarət” mükafatı ilə təltif olunacaq

Hollivud ulduzu Arnold Şvartseneger “Cəsarət” mükafatı ilə təltif olunacaq.

Kulis.az xəbər verir ki, sənətçiyə mükafatı Kaliforniyanın keçmiş qubernatoruna Los-Ancelesdəki Holokost Memorial Muzeyi təqdim edəcək.

Rəsmi məlumata görə, o, bu mükafata antisemitizm və fanatizmə qarşı apardığı uzunmüddətli təbliğatına görə layiq görülüb. Arnold Şvartseneger, eyni zamanda bu istiqamət üzrə müxtəlif tədbirlərə mütəmadi olaraq maddi dəstək verib.

“Cəsarət” mükafatı bəşəriyyəti bütün formalarda nifrət və qəddarlıqla mübarizə aparmaq üçün maarifləndirməni təcəssüm etdirir”, – deyə muzeyin rəhbəri Bet Kin vurğulayıb.

Azərtac

Share: