Şvarsenegger avtomobilini 2,5 milyon dollara satdı

Aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsenegger özünün “Bugatti Veyron” avtomobilini 2,5 milyon dollara satıb.

Müstəqil.Az  xəbər verir ki, avtomobili lüks avtomobillər üzrə diler Obi Okeke alıb. “Grand Sport Vitesse” modifikasiyalı avtomobil 2014-cü ildə istehsal edilib. O, 1600 kilometr məsafə qət edib.

Aktyorun avtomobili saatda 100 kilometr məsafəni qət etmək üçün tələb edilən sürəti 2,6 saniyəyə yığır. Onun maksimal sürəti saatda 410 kilometrdir.

Daha əvvəl Avstriyanın “Kreisel” firması Şvarsenegger üçün dünyada ilk “Hummer H1” elektrik avtomobili hazırlayıb İki elektrik mühərriklə təchiz olunmuş avtomobil 490 at gücündədir. Onun batareyalarının tutumu isə 100 kilovat saatdır. (report)

Müstəqil.Az

Share: