Velosipedçi qadını kenquru vurdu+ VİDEO

Avstraliyada kenqurunun velosipedçi qadını vurduğu anlar sosial şəbəkədə yayılıb.

Müstəqil.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, videonu CGTN telekanalı yayıb.

Hadisə ölkənin Kvinslend ştatında qeydə alınıb. Kadrları xəsarət almış velosipedçi qadının rəfiqəsi çəkib.

Kadrlarda bir qrup velosipedçinin yoluna çıxan kenqurunun onlardan birini necə vurması və qaçıb getməsi aydın görünür.

Çiyni və dizi zədələnən qadın xəstəxanaya yerləşdirilib.

Share: