Bakıda 62 yaşlı kişi yuk qatarının altında qalıb öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, Binəqədi rayonu ərazisində – Biləcəri dəmir yolu vağzalının yaxınlığında 1956-cı il təvəllüdlü Mövlanov Dövlət Allahverdi oğlu yük qatarının altında qalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 62 yaşlı kişi həkimlərin səyinə baxmayaraq vəfat edib.

 

 

Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ( Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanılıb. Araşdırma aparılır.

 

 Müstəqil.Az

Share: