Suvenir niyyətilə sahildən daş topladılar.Sərhəddə saxlanılıb 900 avro cərimə olundular…

Romada turist cütlük sahildən topladıqları daşları sərhəddən keçirərkən saxlanılıb.

Modern.az yerli nəşrə istinadən xəbər verir ki, suvenir niyyəti ilə toplanılan daşlar cütlükdən müsadirə olunub və onlara qarşı 900 avro cərimə tətbiq edilib.

Hadisə Sardiniya adasında baş verib. Turist cütlük bərədən endirilərək oğurlanan daşlar maşının oturacaqlarının aralarında plastik paketlərdə qablaşdırılmış şəkildə aşkar olunub. Daşlar onlardan müsadirə olunaraq sahilə geri göndərilib.

Qeyd edək ki, xarici turistlərin səyahət etdikləri zaman həmin ölkədən xatirə olaraq hər hansı bir şey götürmələri artıq adət halını alıb. Lakin bunların içərisində bir qrup həmin xatirə adı ilə götürdükləri suvenirləri öz ölkələrində kifayət qədər yüksək məbləğə sataraq bunu gəlir mənbəyinə çevirir.

Share: