Rusiyada helikopter itib

Rusiyanın İrkutsk vilayətində geoloji kəşfiyyat aparan Mi-8 helikopteri ilə əlaqə kəsilib.

Modern.az rus mediasına istinadla xəbər verir ki, göyərtədə üç nəfər olub.

Məlumat regionun fövqəladə xidmət nümayəndəsi tərəfindən yayılıb.

“Mi-8 Ust-Kutdan geoloji kəşfiyyat aparmaq üçün havaya qalxıb. Müəyyən olunmuş vaxtda ekipajla əlaqə yaratmaq mümkün olmayıb”, – agentliyin həmsöhbəti deyib.

Share: