İlham Əliyev Putini Azərbaycana dəvət etdi

Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri başlayıb.

Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini münasib vaxtda Bakıya dəvət edib.

“Mən aparılan fikir mübadiləsinə görə Vladimir Vladimiroviçə bir daha təşəkkürümü bildirmək istəyirəm və istərdim, sizi münasib olan istənilən vaxtda Azərbaycana səfərə dəvət edim”, – İlham Əliyev deyib.

Rusiya Prezidenti dəvətə görə təşəkkür edib.

Share: