Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi ilə bağlı yubiley taçmaşası

1968-ci ildən fəaliyyətə başlayan Sumqayıt Dövlət Dram Teatrı  şərəfli, zəngin bir yol keçib. Yetərincə potensiala malik truppa ayrı- ayrı illərdə beynəlxalq festivallardan mükafatla qayıdıb.

1678870991953.jpg

1678870991898.jpg

1678870991915.jpg

 

55 ildir ki, Azərbaycan və dünya dramaturgiyasının inciləri bu teatrın səhnəsindən tamaşaçılara çatdırılır, onların bədii- estetik zövqlərinin formalaşmasına, maariflənməsinə və asudə vaxtlarının səmərəliliyinə xidmət göstərir. Kollektivin ilk tamaşası “Müsyo Jordan və Dərviş Məstəli Şah” əsəri olub. Cənnət Səlimova Axundzadə təfəkkürünü xalq ruhunda təqdim edib. Professor İlham Rəhimlinin təbirincə desək, “tamaşa müəyyən mənada meydan teatrının estetikası və poetika göstəriciləri əsasında hazırlanmışdı. Aktyorlar şən və məzəli məsxərə təqdim edirdilər.”

1678870991863.jpg

55 ildən sonra yenə də Müsyo Jordanla qoca Dərviş Sumqayıt teatrının səhnəsindən  tamaşaçıları salamladılar. Bu dəfə isə onları teatrın baş rejissoru, Xalq artisti, Prezident mükafatçısı, “Qızıl Dərviş” mükafatı laureatı Firudin Məhərrəmov idarə edirdi.

1678870991878.jpg

Xalq artistinin traktovkasında sözün, musiqinin və mizanların uğurlu vəhdəti alınıb.

Yubiley tamaşasından öncə teatrın rəhbərliyi və qonaqlar çıxış edib. Çıxışlarda  dövlətin mədəniyyət siyasətində teatrın prioritet istiqamət tutduğu qürurla vurğulanıb. Sumqayıt Dövlət Dram Teatrının uğurları sadalanıb. “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası  alqışlarla qarşılanıb.

1678870991953.jpg

Tamaşadan sonra Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi münasibətilə  Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri  fərmanları Əməkdar artistlər Vidadi Məmmədov, Fəranə Musayeva, aktyorlar Dağlar Rüstəmov və  İlham Səfərliyə təqdim olunub.

Share: