“Qarabağ” – “Qalatasaray”: Biletlər nə vaxt satışa çıxarılacaq?

“Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq görüşünün biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq.

Ağdam klubunun yaydığı məlumata görə, biletlərin qiyməti 3, 5, 30, 50 və 100 manat olacaq. Biletləri həm onlayn, həm də ənənəvi formada almaq mümkün olacaq.

Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da start götürəcək.

Share: