Su Diplomatisiyası

Müstəqil.Az Tanınmış tədqiqatçı, professor Rövşən Novruzoğlunun “Azərbaycan Su Diplomatiyası” xarici kəşfiyyatın maraq dairəsində kitabından bir parçanı təqdim edir

İşğal nəticəsində ümumu həcmi 674 mln. m3 təşkil edən 5 su anbarından, 7296 hidrotexniki qurğusundan, 36 nasos stansiyasından və 26 suvarma sistemindən ibarət olan 1203 kilometrlik irriqasiya infrastrukturu və su kommunikasiya sistemi

tamamilə məhv edilmişdir. Azərbaycanın vahid irriqasiya infrastrukturu sisteminin bir hissəsi olan Dağlıq Qarabağ regionunun

irriqasiya sisteminin məhv edilməsi nəticəsində işğal olunmuş ərazilər hüdudundan kənarda qalmış Azərbaycanın 5 rayonunda 120 min ha torpaq sahəsi  suvarmasız qalmış və praktik olaraq təsərrüfat dövriyyəsindən çıxarılmışdır. Ümumi olaraq isə 1 milyon hektardan çox torpağ sahəsi, o cümlədən 127700 hektar suvarılan torpaq sahəsi və 34600 hektar üzüm və meyvə bağları əkin növbəsindən çıxardılmış və yararsız hala düşmüşdür.

Azərbaycanın ərazisindən axan transsərhəd çaylar Ermənistan tərəfindən qəsdən zəhərləyici maddələrlə çirkləndirilir.

Belə çaylar arasında Araz, Ağstafa və s. çaylarının adlarını çəkmək olar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın

çay suları resurslarının təxminən 70% tranzit çaylar hesabına formalaşır. Çay sularının çirklədilməsi ilə mübarizə üzrə bir çox regional sazişlərdə birbaşa nəzərdə tutulur ki, digər dövlətin ərazisindən axan çay sularının əhəmiyyətli dərəcədə çirklədilməsi və bununla da bu dövlətə əhəmiyyətli dərəcədə zərər vurulması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması deməkdir.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın işğal altında olan ərazilərdən keçən təbii su mənbələri də Ermənistan tərəfindən həddindən artıq dərəcədə çirklənmələrə məruz qalır. Belə ki, Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın

Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügüdən çaylarda canlı aləmin yaşayışı böyük

təhlükə altına alınmışdır.

Uzun müddət ərzində texniki qurğulara xidmət göstərilməməsi nəticəsində qəza vəziyyətində olan anbardan aşağıda yerləşən 400 min nəfər Azərbaycan əhalisi hazırda təhlükə altında yaşayırdı. Belə ki, təcavüzkar Ermənistan suyu Sərsəng su anbarından qışda buraxır və bunun nəticəsində torpağlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duydu- ğu yay mövsümündə isə, əksinə suyun qarşısını kəsir. Bunun nəticəsində Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurulmuş, əkin sahələrinin suvarılmasında problemlər yaranmış, ya- şıllıqlar quruyaraq məhv olmuş, bölgədə ciddi ekoloji gərginlik yaranmışdır.

Erməni təcavüzkarları tərəfindən bütün işğal edilmiş ərazilərdə etnik təmizləmə ilə yanaşı, həm də “yandırılmış torpaq” siyasəti həyata keçirilir. Belə ki, Ermənistan tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri mütəmadi olaraq düşünülmüş şəkildə od vurularaq yandırılır. Qeyd edilməlidir ki, ölkələr arasında dövlət sərhədinin rejimi haqqında bir çox sazişlərdə

nəzərdə tutulur ki, əgər sərhəd yaxınlığında yanğınlar baş verərsə, öz ərazisində yanğın baş vermiş tərəf belə yanğının söndürülməsi və yanğının sərhəddən keçib digər dövlətin

ərazisinə yayılmaması üçün bütün mümkün olan tədbirlərə əl atmasına borcludur. Lakin tamamilə əksi baş verir. İşğal olunmuş

Azərbaycan ərazilərində erməni tərəfinin özü qəsdən yanğınlar törədir. Çox guman ki, bütün cəbhə xətti üzrə erməni tərəfindən törədilən belə yanğınlar hərbi məqsəd güdür. Ola bilər ki, ermənilər Azərbaycan ordusunun bütün hərəkətlərinin dəqiq izlənməsi üçün ərazinin təmizlənməsinə can atırlar. Belə qəsdən törədilən yanğınlar həm də Azərbaycanın öz nəzarəti altında olan ərazilərə də əhəmiyyətli zərər vurmuşdur. Yanğınların nəticəsi kimi torpaq eroziyaya məruz qalır, bu ərazilərin unikal bitki və heyvan aləmi məhvolma təhlükəsi altına düşür.

İşğalçı Ermənistan dövlətinin planlı şəkildə təşkil etdiyi yanğınlar işğal altında olan minlərlə hektar əraziləri əhatə etməklə yanaşı, eyni zamanda, Azərbaycanın digər ərazilərinə də yayılaraq ətraf mühitə əvəzolunmaz ziyan vurmuş, bir çox nadir bitki növləri tamamilə məhv edilmiş və əkin sahələri yararsız hala salınmışdır. Təkcə Ağdam rayonunun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yeddixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən ümumilikdə 17457 ha otlaq sahəsi yandırılmışdır. Yanğın zamanı “Qırmızı Kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olmuşdur. Bütövlükdə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min ha otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala salınmışdır.

Müxtəlif təbii sərvətlərlə zəngin olan respublikamısın ərazisində qızıl təzahürləri və onların istismarının maraqlı tarixi vardır. Azərbaycanda qızıl çox qədim dövrlərdən məlumdur. Mingəçevirdə arxeoloji qazıntılar zamanı tapılan qızıl məmulatlar, həımçinin bir sıra tarixi faktlar bunu bir daha sübut edir.

Tərtər çayı hövzəsinin çöküntülərində qızılın olması XVI əsrdən məlum idi. Belə ki, ərəb mənbələrindən götürülmüş məlumata görə, Səfəvilər sülaləsinin hökmranlığı vaxtı Tərtər çayı hövzəsində qızıllı çöküntülər yuyulmuş və müəyyən qədər qızıl əldə edilmişdir.

Geoloqlarımız həmin çay hövzəsində axtarış işləri aparmış və hövzənin çay çöküntülərinin tərkibini dəqiq öyrənmişlər. Tərtər çayı və onun qollarından götürülmüş süxur nümunələrində qızıl qəti müəyyənləşdirilmişdir.

Levçayın qolu olan Seyidlər çayının orta axınında qızıllı sahə aşkara çıxarılmışdır.

Tərtər çayının sol qolu Tutğunçayın orta və yuxarı axınlarında qızıl təzahürlərinin olduğu müəyyən edilmişdir. Qızılitən, Qalaboynu, Qazıxanlı və sair filiz sahələrui qeyd olunmuşdur. Bunlardan Qızılitən filiz sahəsi xüsusilə fərqlənir. Bütün sahələrdə fiklizkləşmə hidrotermal mənşəli olub, kvars damarları ilə əlaqədardır.

Tərtər çayının hövzəsində təsadüf edilən qızıl təbəqəvari və yuvarlaq dənələr şəklində olur.

Qeyd etmək lazımdır ki, qızıl mineralları respublikamızın ərazisində tapılan polimetal və mis yataqlarının, demək olar ki, hamısında mövcuddur.

Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları da Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qalmışdır. Belə ki, bu ərazilərdə 155 növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yatağı yerləşir ki, bütün bunlar da Azərbaycanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi. Qeyd edilən faydalı

qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı istisu, Aşağı istisu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı,

Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay

və digər yataqlarda aşkar edilmişlər. Bu yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 40,4 min ton sink, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min m3/gün yeraltı şirin su, 18 milyon 432

min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 m3/gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898,4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı vəs. kimi ölkə iqtisadiyyatının inkişafında vacib əhəmiyyət kəsb edən faydalı qazıntılar aşkar edilmişdir. Müxtəlif məlumatlara görə işğalçı dövlət bir sıra xarici şirkətlərlə qeyri-qanuni olaraq

müqavilələr bağlamışdır və bütün beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın faydalı qazıntı yataqlarını istismar edir.

Bunlar bizimdir, cənablar, bizim. Həmişə yuxunuzu ərşə çəkən Azərbaycanındır.

Rövşən Novruzoğlu Vəlizadə,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: