Son 20 ildə Sumqayıtda əhalinin sayı 30 faiz artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 20 ildə Sumqayıtda əhalinin sayı 30 faiz artıb.

Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, 2003-cü ildə Sumqayıtda əhalinin sayı 327 min nəfər olub. Hazırda isə şəhər əhalisinin sayı 426 min nəfərdir. Bu da 2003-cü illə müqayisədə təqribən 30 faiz artım deməkdir.

Share: