“Siçan şərabı,balıq gözü,ilbiz və s….”-Dünya ölkələrində yeyilən bir neçə fərqli yeməklər…

Yemək yemək dünyanın harasında olursunuzsa olun, zövqlüdür. Bu nöqtədə hər bir ölkənin və cəmiyyətin damaq zövqləri və ya prioritetləri dəyişə bilər. Məsələn, bizim ölkəmizdə kabab nədirsə Yaponiyada da plov üstü qızardılmış ilan balığı odur. Vəziyyət belə olunca bizlər də sizin üçün dünya küçələrində satılan bir-birindən maraqlı 8 küçə ləzzətini topladıq. Gəlin bu” ləzzətli  yeməklərə” birlikdə nəzər salaq.

1. Balut – Kamboca

Balut - KambocaBalut içərisində demək olar ki, gün işığını görməyə hazır cücələrin olduğu bir yemək kimi çox populyardır. Əsasən, ördək və bəzən də toyuq yumurtasın pörtlətməklə hazırlanan bu küçə ləzzəti (!), xüsusilə Kambocada istifadə edilsə də Filippin, Vyetnam, Malayziya, Laos və Çində də olduqca məşhurdur.

2. İlbiz – Fransa

İlbiz - Fransaİlbizi, yüksək protein və aşağı yağ nisbətiylə qiymətli bir qida  kimi qəbul edən fransızlar, yeməyə başqa bir şey tapmadıqları üçün  bu kiçik canlılara göz dikiblər. Bu baxımdan fransızlar ilbizi fərqli şəkildə və souslarla yesələr də, xüsusən pörtlədib sadə bir şəkildə duz tökərək yeməyi daha üstün tuturlar.

3. Siçan Şərabı – Çin

Siçan Şərabı - Çin“Bunu da mı görəcəkdik?” deyirsinizsə, bəli, bu şərab tamamilə gerçəkdir. Çində və Koreyada sıxlıqla istehlak edilən bu içkinin, son dərəcə sağlam olduğuna inanılır. Dadının mazuta bənzədiyi söylənən şərab isə bala siçanların şərab içərisində mayalandırılması nəticəsində yaranır. İşin daha da maraqlı tərəfi isə, bu balaca siçanların şərabın yanında çərəz kimi yeyilməsidir.

4. Isaw – Filipinlər

Isaw - FilipinlərƏslinə baxsanız Isaw, digər küçə ləzzətlərinin (!) yanında bir az məsum görünür. Donuz və ya toyuq bağırsaqları şişə keçirilərək hazırlanan bu yemək, üzərinə sirkə tökülərək süfrəyə verilir.

5. Ton balığı gözü – Yaponiya

Ton balığı gözü - YaponiyaQəribə küçə yeməkləri demişkən, ton balığı gözündən də danışmasaq olmazdı. Yaponiya küçələrində demək olar ki, addım başı tapa biləcəyiniz bu ləzzət (!) soya sousu və düyü şərabı ilə birlikdə servis edilir. Y

6. Hakarl – İslandiya

Hakarl - İslandiyaElə kəsmə qənd kimi günahsız, məsum olduğuna baxmayın. O, çürümüş köpək balığı ətidir və daha da pisi çiy olaraq istehlak edilir. Qıcqırmış olduğu söylənən bu qidanın, sizin ürəyinizi ağzınıza gətirəcək qədər pis iy verdiyini də söyləmək istərdik.

7. Rocky Dağları İstiridyəsi – ABŞ

 Rocky Dağları İstiridyəsi - ABŞ“Görünüşü okey. İstirdiyə, okey.” deyirsinizsə, yanılmısınız. Bu istridiyə tam olaraq təxmin etdiyiniz kimi deyil. İnək, donuz və ya qoyun xayalarının soyulub qızardılması ilə ortaya çıxan bu küçə ləzzəti (!) ABŞ insanları tərəfindən çox sevilir.

8. Mopane Soxulcanları – Zimbabve

Mopane Soxulcanları - Zimbabve Zimbabvenin ən populyar yeməkləri olan bu soxulcanlar, başı kəsildikdən sonra qızardılaraq daimi qonaqlara təqdim olunur. Ağaclardan yığılann bu canlıların da bir yemək olduğunu görmək təəccüb vericidir.(kenquru.az)

Share: