“Sevilya”nın yeni baş məşqçisi məlum oldu

Argentinalı Xorxe Sampaoli İspaniyanın “Sevilya” futbol klubunun baş məşqçisi təyin olunub.

Bu barədə cümə axşamı klubun mətbuat xidməti məlumat yayıb.

Sampaoli ilə müqavilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, ötən gecəsi “Sevilya” ispaniyalı Xulen Lopeteqinin baş məşqçi postundan istefa verdiyini açıqlayıb. Belə ki, çərşənbə günü Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun matçında “Sevilya” Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:4 hesabı ilə uduzub.

İspaniya klubu üçün bu məğlubiyyət turnirdə ikinci olub. “Sevilya” daha bir dəfə heç-heçə edib.

Sampaolinin 62 yaşı var və 2021-2022-ci illərdə Fransanın “Marsel” klubunu çalışdırıb. Argentinalı 2016/17 mövsümündə “Sevilya”ya rəhbərlik edib. O zaman komanda İspaniya çempionatını 4-cü pillədə başa vurub.

Hazırda “Sevilya” İspaniya La Liqasında 7 matçdan 5 xalla 17-ci yerdədir. Komanda növbəti mərhələdə oktyabrın 8-də “Atletik”i qəbul edəcək.

Mənbə: TASS

Share: