Şekspirin pyesləri nümayiş olundu

Dahi ingilis dramaturqu Uilyam Şekspirin 1623-cü ildə nəşr olunmuş pyeslərinin ilk folio nəşri nümayiş etdirilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Quildholl Kitabxanası dramaturqun anadan olmasının 400 illik yubileyinin bir hissəsi olaraq nadir kitabı Şekspirsevərlərlə görüşdürəcək. Bardın ölümündən yeddi il sonra nəşr olunan kitabda onun bütün pyesləri yer alıb. “IVHenri” nin ilk hissəsi və “Otello” nun 2 kiçik nüsxəsi də nümayiş etdiriləcək.

Xatırladaq ki, kitab 1913-cü ildə kitabxanaya transfer olunub və çox zərif olduğuna görə nadir hallarda nümayiş etdirilir.

Share: