Şamaxı (Sarıtorpaq) və Naxçıvan suları Kral süfrələrində və təbabətind

Səudiyyə Ərəbistanı Krallığı Naxçıvan ərazilərini seçmişdi. Şamaxı (Sarıtorpaq) və Naxçıvan suları Kral süfrələrində və təbabətində geniş yayılıb. Çünki Krallığın elmi-tədqiqat laboratoriyalarından məlumat verilmişdi ki, Naxçıvandan çəkiləcək içməli su həm sərfəlidir, həm də genetik baxımdan çox dəyərli və qiymətlidir. Laboratoriyaların birində çalışan qrupun rəhbəri professor, mikrobioloq Santi Şon (milliyyətcə çinlidir) iddia edirdi ki, Naxçıvan suları 36 xəstəliyə dərmandır. (Məkkə Konfransı. 1924-cü il, iyul).

Araşdırma materiallarına görə, Naxçıvan və Şamaxı ərazilərindən Səudiyyə Ərəbistanına çəkiləcək içməli su bu gün də real bir strateji plan olaraq qalır.

Bütün bunlar narahatçılıq yaradırdı. Həm Rusiya Federasiyasında, həm də neft ölkələrində Azərbaycanın su sərvətlərini dağıtmaq, iqtisadi-siyasi sabitliyi pozmaq tədbirləri hazırlanırdı. Bizdə isə hələlik bütün bu sərvətləri qoruya biləcək konsepsiya və yaxud proqram işlənilməyib. Bu isə çətinlik yaradırdı.

Ərəb ölkələrindəki dini ekstremist cərəyanların, terrorçu təşkilatlar kimi formalaşmış islamçı qrupların üzvlərinin və yaradıcılarının təqribən 55 faizi keçmiş sovet məkanında müxtəlif ixtisaslara yiyələnmiş şəxslərdir. Yəni, onların əksəriyyəti Rusiyanın Xüsusi Xidmət Orqanlarında qeydiyyatdadırlar. Məsələn, bu gün Qərbin əsasən aparıcı dövlətlərini qorxu və təhlükə altında saxlayan, bilavasitə Azərbaycanla bağlı ermənilər üçün xüsusi “Azərbaycanın su diplomatiyası” strategiyasını təhlil edən (Fransız alimlərinin məsləhətilə) terror dəstəsiylə İbn Taymiyyə, Məhəmməd Əbdül Salam, Sübhi Sitta, Sərvət Salah Şehata, Midhət Mursi Ömər, Nəsr Fıhmi Həsəneyni, Əbdüləziz Əl Qamal, Seyid İmam Əli-Şərif, Məhəmməd İbrahim… Rusiya Federasiyasının, Orta Asiya və Qazfqazın ali məktəblərində, akademiya və ya tədqiqatları institutlarında təhsil alan şəxslər olub və bu şəxslərin əksəriyyəti vətənlərinə döndükdən sonra hakimiyyət iddiasında olub, hakimiyyətə də gəliblər. Məsələn, onlardan bəziləri xüsusi tapşırıqla içməli su yataqlarını araşdırmaq üçün Bakıya və Naxçıvana yollandılar. Onların bir qismi ölkənin su anbarlarının, içməli su ərazilərinin ətrafında məskən salmaqla, yerli qızlarla rəsmi ailə qurmaqla və Naxçıvandan olanları qəbul etməli idilər. Ən başlıcası isə həmin şəxslər ailə qurduqdan sonra öz ailəsilə Əshabi-Kəhf müqəddəs “İmarətə” getməli, Allah qarşısında Naxçıvan sadiq olacaqlarına and içməli idilər. Bütün bunlar Moskvanı çaşdırmışdı. Çünki bu yeni bir strategiya idi ki, qapıları Naxçıvandan Ərəb dünyasına açılırdı.

Lkin RF rəsmiləri, eləcə də xüsusi xidmət orqanlarının çəxfi planlarını, pərdəarxası oyunlarını davam etdirirdi. Araşdırma zamanı məlum olub ki, Naxçıvan suları barmaq izlərini də yuyub aparmaq gücünə malikdir. Tədqiqatımız davam edir.

Rövşən NOVRUZOĞLU

 

Share: