Sabirabadda qəza zamanı ölənlərin və yaralının kimliyi məlum olub

Sabirabadda baş verən yol qəzasında ölənlərin və yaralının kimliyi məlum olub.

-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza zamanı Sabirabad rayonunun Zalqarağac kənd sakinləri, sürücü 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu ölüblər.

Zalqarağac kənd sakini 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu isə müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

***

13:45

Xəbərə foto əlavə edilib.

***

13:32

Sabirabadda baş verən qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib. Qəza zamanı “Chevrolet” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə 2 nəfər ölüb və bir nəfər xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

13:13

Sabirabadda yol qəzası baş verib, nəticədə ölən və yaralanan var.

-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib.

Qəza “Chevrolet” və “Mercedes” markalı avtomobillərin toqquşması səbəbindən baş verib. Qəza zamanı bir nəfər ölüb və bir nəfər xəsarət alıb. Yaralanan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: