Sabah 42 dərəcə isti gözlənilir

Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Müstəqil.Az-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-28°, gündüz 34-38°, Bakıda gecə 26-28°, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 faiz, gündüz 35-40 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 41-42°, dağlarda gecə 16-21°, gündüz 23-28° isti gözlənilir.

Müstəqil.Az

Share: