Şəkidə şəhid ailələri ziyarət edilib (FOTO)

Novruz bayramı günlərində şəhid ailələrinin ziyarət edilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi ənənə halını almaqdadır. Şəkidən olan millət vəkili Cavanşir Feyziyev Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etmək üçün bayram həftəsini Şəkidə keçirib.

No description available.

Deputat Şəki şəhərində, eləcə də  rayonun Göybulaq, Cəfərabad, Qayabaşı, Sarıca, Çay Qaraqoyunlu, Şəki, Suçma, Böyük Dəhnə, Əlyar kəndlərində və Turan qəsəbəsində yaşayan şəhid ailələrinin qonağı olub. Şəhid ailələrinə dövlət tərəfindən lazımi qayğı və diqqətin göstərilməsi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən imzalanmış sərəncamların və şəhid ailələrinə verilən imtiyazların mahiyyəti haqqında sakinlərə ətraflı məlumat verən deputat, onların həyat və məişət şəraiti ilə yerində tanış olub, qarşılaşdıqları çətinliklərlə maraqlanıb.

No description available.

Şəhid ailələri dövlət tərəfindən onlara göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib və onların problemləri ilə məşğul olan dövlət qurumlarının fəaliyyətindən də razı qaldıqlarını bildiriblər.

No description available.

Keçən bir həftə ərzində Şəki şəhərində və onun kəndlərində yaşayan 57 şəhid ailəsinin hər biri ziyarət edilərək onlara maddi və mənəvi dəstək göstərilib. Görüşlər zamanı bəzi şəhid ailələri tərəfindən qaldırılan problemlərin bir hissəsi yerindəcə həll olunub, bir hissəsi isə deputat tərəfindən qeydiyyata alınaraq, tez bir zamanda həll olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılıb.

Vətən öz şəhidlərinin xatirəsini əziz tutur, torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün canlarından keçmiş övladlarımız daim ehtiramla anılır və anılacaqdır.

 

Akif Salam,

Əməkdar jurnalist

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

Share: