32-ci gün: Rusiyanın itkiləri açıqlandı

Müharibənin 32-ci günü üçün Rusiyanın itkiləri haqda məlumat yenilənib.

Müstəqil.Az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, fevralın 24-dən martın 26-na qədər düşmənin 16.600-ə yaxın əsgəri, 582 tankı, 1664 hərbi zirehli maşını, 294 artilleriya sistemi, 93 reaktiv yaylış atəş sistemi, 52 HHM sistemi, 121 təyyarə, 127 helikopter, 1.144 avtomobil texnikası, 7 gəmi-kater, 73 yanacaq sisterni, 56 PUA, 21 xüsusi texnika, 4 ədəd taktiki raket kompleksi məhv edilib.

Müstəqil.Az 

Share: