Şəhidlərimizin əziz xatirəsi anılıb – XƏZƏR DƏNİZİNDƏ

Sentyabrın 27-si Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Günüdür.

Bu münasibətlə saat 12:00-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bütün idarə və strukturlarında və gəmilərində olduğu kimi,  XDND idarəsinin “Şamaxı” gəmisində də   şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəmi 1 dəqiqəlik fasiləsiz fit verib,  heyyət  üzvləri sayğı duruşu ilə  Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini anıblar. 

Gəminin kapitanı, “DSD” İB-nin sədri, şair Faiq Balabəyli çıxış edərək Vətən müharibəsində şəhid ailələrinin və qazilərin həmişə diqqət mərkəzində olmasından bəhs edib. Çoxlu sayda dənizçi və dənizçi ailəsindən olan gənclərimizin torpaqlarımızın azadlığı uğrunda vuruşmasından və göstərdikləri misilsiz qəhrəmanlıqdan söz açıb. AXDG QSC-nin rəhbərliyinin Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə də şəhid olan dəniçilərimizin ailələrinin, qazi dənizçi döyüşçülərimizin daima diqqətdə saxlamasını xüsusi olaraq qeyd edib.


Eyni zamanda da “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin də qəhrəman dənizçilərimizlə bağlı həyata keçirdikləri layihələrdən bəhs edib, görülən və bu istiqamətdə  gələcəkdə görüləcək işləri gəmi heyyətinin nəzərinə çatdırıb.

“DSD” İB-nin hazırlayaraq nəşr etdirdiyi “Dənizçilərimiz Vətən müharibəsində”, “Bakı buxtası-20 yanvar” və “Onlar qəhrəmandır” kitablarının məhz igid dənizçilərimizdən, onların brəşadətli döyüş yolundan bəhs etdiyini qeyd edib və gəminin kitabxanasına hər üç kitabdan hədiyyə edib.
Müstəqil.Az

 

Share: