Şəhid hərbçimizin anasına göndərdiyi son FOTO

Müsavat Partiyası “Sərbəst toplaşmaq azadlığı”  haqqında qanuna əsasən, 7 aprel, saat 15:00-dan 17:00-dək “Siyasi məhbuslara azadlıq!”, “Sərbəxt toplaşmaq hüququ təmin edilsin!”, “Azad siyasi rəqabət şəraiti yaradılsın!” və s. şüarlarla yürüş-mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib.

Müstəqil.az-ın məlumatına görə, mitinqin aşağıdakı marşrutlar üzrə keçirilməsi təklif edilir:

 

1. Metronun “Azadlıq prospekti” stansiyasının çıxışından S.S.Axundov küçəs ilə keçməklə yürüş, metronun “Dərnəgül” stansiyasının yuxarısındakı meydanda mitinq.

2. Metronun “20 Yanvar” stansiyasının çıxışından H.Zərdabi prospektindən keçməklə yürüş, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal rayon İdman Sağlamlıq Kompleksinin (keçmiş “mƏhsul” stadionu) stadionunda mitinq.

3. “Gənclik” metrosunun çıxışı, T.Bəhrəmaov adına stadionun qarşısındakı meydanda mitinq.

 

Yürüş-mitinqdə 5000 (beş min) nəfərin iştirakı gözlənilir.

Mitinq üçün müraciətə Meriya tərəfindən aprelin 2-də cavab veriləcəyi gözlənilir.(modern.az)

Share: