Prezident DTX əməkdaşlarına ali hərbi rütbələr verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 

Müstəqil.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

 

general-leytenant ali hərbi rütbəsi

 

general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova

 

general-mayor ali hərbi rütbəsi

 

polkovnik Araz Süleyman oğlu Əhmədova
polkovnik Zaur Aydın oğlu Əliyevə
polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə

Share: