“Muğam-2019” Televiziya Müsabiqəsində növbəti çıxışlar

Beynəlxalq Muğam Mərkəzində “Muğam-2019” Televiziya Müsabiqəsi davam edir

Modern.az-ın məlumatına görə, martın 19-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən “Muğam – 2019” Televiziya Muğam Müsabiqəsinin  növbəti tədbiri keçirilib.

Müsabiqənin başlanğıcında  xanəndə, qəzəlxan, Xalq artisti Hacıbaba Hüseynovun yaradıcılığına nəzər salınaraq  Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı dinlənilib.

Sonra müsabiqə iştirakçıları çıxış ediblər. Müsabiqə iştirakçılarını tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, udda İdris Hüseynov müşayiət edib.

Səhnəyə dəvət olunan  müsabiqənin ilk iştirakçısı Tariyel Vəliyev öz musiqi nömrəsini təqdim edib. Daha sonra Mehin Qarayeva, Xəyal Hüseynov, Heyrat İbayev, Hüseyn Səba, Zülfiyyə Cəbrayılzadə, Zaur Mürsəlov, Qələm Qocamanova, və  Faiq Əkbərov çıxış edib.

 

Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir.

 

Müsabiqənin növbəti tədbiri martın 28 – də keçiriləcək.

Share: