Sərnişindən gələn pis qoxuya görə insanlar qusmağa başladı.Təyyarə məcburi eniş etdi…

Amsterdama gedən təyyarəyə minən bir sərnişinin pis qoxusu digər sərnişinlərin qusmağına səbəb olub. Sərnişinin tualetə salınmasına baxmayaraq qoxu aradan qalxmayıb və təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.
Moderator.az xəbər verir ki, Las Palmastan havaya qalxan “Boeing 737” tipli təyyarədəki sərnişinlərdən bəziləri kabinədəki pis qoxuya görə narahat olmağa başlayıblar. Tez-tez qusan sərnişinlərə kabinə qrupu tərəfindən müdaxilə edilib.
Sərnişinlərdən biri təyyarəyə ən son minən adamdan dəhşətli qoxu gəldiyini deyib. Təyyarədə baş verənləri danışan adam “Elə bil aylarla yuyunmamış kimi idi” – deyib.
Adam həmçinin pis qoxu gələn sərnişininin içəri daxil olmasından sonra digər sərnişinlərin burunlarını dəsmalla tutduqlarını da bildirib.

Share: