Səlim Babullaoğlu Poeziyasına Ədəbi-Bədii Baxış

Səlim Babullaoğlu Poeziyasına Ədəbi-Bədii Baxış

Qədim şeirlərdən…

İçimdə bir səs böyüyür,
Böyüyür, o kəs, böyüyür,
Bəlkə son nəfəs böyüyür,
Sonra o adam gedəcək.

Gedəcək üzü dənizə,
Sükutu, sözü dənizə,
Görəcək yüzü dənizə
Çoxdandır baş vurub üzür.

Üzür adamlar, balıqlar,
Üzür balıqlar,qayıqlar,
Bircə durub qayalıqlar
Şəkilə dönür, şəkilə.

Şəkilə dönməyib hələ,
O ürək sönməyib hələ,
Ləpələr atır sahilə,
Dəli bir həvəs böyüyür.

Şeirin Bədii Təhlili:

Salim Babullaoglunun bu təsirli və dərin məzmunlu şeiri insanın daxili təlatümlərini və təbiətlə vahidləşməsini simvolik dillə ifadə edən modern-fəlsəfi nümunədir.
Şeirin əsas mövzusu insanın daxili tənhalığı, fanilik hissi və özünü tapmaq axtarışıdır. Müəllif insanın daxilindəki “səs” vasitəsilə həyatın müvəqqəti olduğunu və hər kəsin gec-tez öz əslinə (dənizə- əbədiyyətə) qayıdacağını təlqin edir.
Şeir insanın daxilində böyüyən və gələcək ayrılıqdan, bəlkə də ölümdən xəbər verən naməlum bir səsin təsviri ilə başlayır.
“Gedəcək üzü dənizə” misrası ilə qəhrəmanın maddi dünyadan uzaqlaşıb sonsuzluğa doğru getməsi canlanır. Dəniz burada həm rahatlıq, həm də naməlumluq rəmzidir.
Ətrafdakı hər şey– adamlar, qayıqlar hərəkətdə olduğu halda, qayalıqların şəkilə dönməsi zamanın dondurulması və statikliyi bədii şəkildə ifadə edir.
Finalda hər şeyin tam bitmədiyi, ürəyin hələ döyündüyü vurğulanır. Şeir daxildəki “dəli bir həvəsin” yenidən baş qaldırması ilə nikbin bir notla qapanır.
“İçimdə bir səs böyüyür”, “qayalıqlar şəkilə dönür”, “ürək sönməyib” kimi ifadələr hisslərin obrazlı şəkildə vizuallaşdırılmasına xidmət edir.
“Böyüyür”, “üzür”, “dənizə”, “şəkilə” sözlərinin misra daxilində və sonunda tez-tez təkrarlanması şeirə xüsusi bir ritm, musiqililik və daxili dramatizm qatır.
Sahildəki hərəkətlilik, yəni üzən adamlar, balıqlar, ləpələr ilə qayalıqların sükutu və donub şəkilə çevrilməsi arasında güclü bir bədii təzad yaradılıb.
Şeir az sözlə böyük bir insan taleyini, daxili sarsıntıları və eyni zamanda yaşamaq eşqini ustalıqla çatdıra bilib.
Sizə cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram, əziz Səlim müəllim!

Sevil Azadqızı
20.05.2026

Share: