Rusiyanın bu əraziləri atəşə tutuldu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayəti və Şebekinski rayonunu atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında yazıb.

“Hava hücumundan müdafiə sistemimiz işləyirdi. İlkin məlumata görə, xəsarət alan yoxdur. Yerdəki fəsadlar dəqiqləşdirilir”, – qubernator bildirib.


Share: