Azərbaycanda ali məktəbdə əməliyyat keçirilib, dekan saxlanılıb

Azərbaycan Dövlət Aqrar Universitetində Baş Prokuror yanında Korrupsiya İdarəsi əməliyyat keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiq edib:

“Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

21:09

Azərbaycan Dövlət Aqrar Universitetində əməliyyat keçirilib.

Oxu.Az-ın məlumatın görə, əməliyyat hüquq-mühafizə orqanları tərəfindən keçirilib.

Nəticədə universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb.

İlhamə Əbülfət

Share: