Rusiyalı aktyor vəfat etdi

Rusiyalı aktyor Qriqori Zubarev 85 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, aktyorun ölüm səbəbi hələ məlum deyil.

Tomsk Dram Teatrının rəsmi saytında aktyorla bağlı paylaşımda qeyd edilib: “Qriqori Zubarevin fəal həyat tərzi və danılmaz müsbət keyfiyyətləri var idi. O, ömrünün son günlərinə qədər teatr həyatında iştirak etdi, səhnədə oynadı/ Zubarev təkcə Tomsk dramının aktyoru deyildi, həm də səyyar tamaşaların təşkilinə kömək edirdii”.

Qeyd edək ki, sənətçi ilə vida mərasimi yanvarın 12-də Tomskda baş tutacaq .

Share: