Murad Bozla sevgili deyilmiş…

Türkiyənin məşhur müğənnisi Murat Boz və aktrisa Ayça Ayşin Turanın sevgili olması ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən məlumat verir ki, “O Ses Türkiye”nin Yeni il çəkilişlərində duet oxuyan ikilini hər kəs bəyənib və ortaya onlar arasında eşq yaşandığı ilə bağlı xəbərlər çıxıb.

Bildirilib ki, bir müddət əvvəl Alp Navruzdan ayrılan Ayça Ayşin Turanın ürəyi boşdur.

Lakin hər iki məşhur yayılan xəbərləri yalanlayıb. Bildiriblər ki, onlar arasında sevgi münasibəti yoxdur. 


Share: