Yanacaq kanalizasiyaya axdı: müxtəlif yerlərdə avtomobillər alovlara büründü

Rusiyanın Yeni Moskva ərazisində, metronun “Rasskazovka” stansiyasının yaxınlığındakı tikinti ərazisində dizel çəninin alışması nəticəsində böyük yanğın baş verib. Yanğın dörd avtomobilə keçib. Daha sonra alov tutan yanacaq kanalizasiyaya axıb, burada da axınla müxtəlif ərazilərə yayılıb.

Hələlik zərərçəkənlər barədə məlumat yoxdur.

İlkin hesablamalara görə, yanğının sahəsi 200 kvadratmetrdir.

Mənbə: Vesti.ru

Share: