Rusiyadan xəbərdarlıq: Dünyada yeni münaqişə yaranacaq

Suriya böhranı, demək olar ki, bitib. ABŞ-ın yeni silahlı münaqişələrə ehtiyacı var. Xüsusilə də Rusiya sərhədlərində…

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin rəhbəri Viktor Bondarev ABŞ Konqresinin təsdiq etdiyi yeni büdcə layihəsi ilə bağlı açıqlamasında deyib.

“Bu büdcə artırılmasına eynilə qarşılıq verə bilmərik. Yəni büdcəmizi artırmayacağıq. Bizim büdcəmiz müdafiə ehtiyacımızı tam olaraq qarşılayır. ABŞ-ın zəifləyən dolların axınını təmin etmək üçün yeni “teatr səhnələri”nə ehtiyacı var”, – Bondarev qeyd edib.

Qeyd edək ki, Konqresin təsdiq etdiyi büdcə layihəsinə görə, Avropada Rusiya təcavüzkarlığının qarşısını almaq üçün 4.6 milyard dollar ayrılacaq.

Share: