Rusiyadan Azərbaycana pul köçürmələri 3 dəfəyə yaxın azalıb

2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar pul baratları göndərilib.

“-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ili müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437,9 milyon dollar azalıb. 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 2 milyard 267.3 milyon dollar pul baratları daxil olub.

Qeyd edək ki, hesabat dövründə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitləri, ölkəyə bu qəbildən ümumi daxilolmaların 64.8%-ni təşkil edib.

Share: