Rusiyadakı avtoqəzada ölənlərin çoxu Qırğızıstan vətəndaşlarıdır – YENİLƏNİB + VİDEO

Ulyanovsk vilayətinin Nikolaev rayonunda mikroavtobus və iki ağır yük maşınının iştirakı ilə baş verən qəza nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Bədbəxt hadisə nəticəsində həlak olanlar arasında 14 nəfərin Qırğızıstan, 2 nəfərin isə Rusiya vətəndaşı olduğu müəyyən edilib.

İlkin məlumatlara görə, onların marşrutu Qazaxıstan ərazisindən keçib.

Mənbə: TASS

18:00

Ulyanovsk vilayətinin Nikolaev rayonunda mikroavtobus və iki yük maşınının iştirakı ilə qəza baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Ulyanovsk vilayəti üzrə Baş İdarəsi bildirib.

Hadisə nəticəsində, ilkin məlumatlara görə, 15 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Qəza günorta saatlarında M5-Ural avtomobil yolunda baş verib.

İlkin versiyaya görə, avtomobillərdən birinin sürücüsü qarşıdan gələn zolağa çıxıb və orada mikroavtobusa çırpılıb.

Hazırda polis hadisənin bütün təfərrüatlarını müəyyənləşdirir.

Mənbə: news.ru

Share: