Rusiyada Azərbaycan xiyarı: rəsmi məzənnə ilə 6, “qara bazar” məzənnəsi ilə 2 dollara…

Rusiyanın Kemerovo vilayətinin Kuzbass şəhərinin sakinləri yerli bazarlarda Azərbaycan və Özbəkistan pomidorlarının qiymətlərini  görəndə şoka düşürlər.

Müstəqil.Az qiymətin fotosunu sakinlərdən biri çəkib “Vkontakte” sosial şəbəkə hesabında paylaşıb. Fotonun altından başqa bir istifadəsi Azərbaycan pomidorunun və xiyarının daha baha olduğunu yazıb. Və “Luks Azərbaycan” növündən xiyarın bir kiloqramının supermarketlərdə 650 rubla satıldığını bildirib.

 

“Kim daha çox verər?”, – qadın “pomidor hərracına” eyhamla yazıb.

Sosial şəbəkə istifadəçiləri bu cür baha qiymətə pomidoru almamağı məsləhət görürlər, deyirlər ki, alıcı olmasa mal qalıb xarab olacaq, nəticədə onu ucuz satmağa məcbur olacaqlar.

 

Lakin Rusiya rublunun indiki halına baxanda Azərbaycan xiyarı bu ölkədə heç də baha sayılmaz. Doğrudur, Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə götürəndə Azərbaycan xiyarının qiyməti az qala  6,5 dollardır, amma “qara bazarda” 1 dolların indi 300 rubldan da baha satıldığını nəzərə alanda 650 rubl cəmi 2 dollara yaxın edir. Bu isə az qala Bakı bazarlarındakı qiymətə yaxındır.

Müstəqil.Az

Share: