“Rusiya Ukraynadakı münaqişənin dondurulmasını istəmir”

“Rusiya Ukraynadakı münaqişənin dondurulmasına qarşıdır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

Peskov jurnalistlərin Rusiya Ukraynadakı münaqişənin dondurulmasına yol verməməklə bağlı Qərblə həmrəy olub-olmasına dair suala cavab verərkən deyib: “Bu fikirlə həmrəyik. Rusiya yalnız xüsusi hərbi əməliyyatın başa çatdırılması imkanlarını nəzərdən keçirir”.

Qeyd edək ki, Almaniya Kansleri Olaf Şoltsun açıqlamasına görə, Ukraynadakı vəziyyətlə bağlı sülh danışıqlarının keçirilməsinin məqsədi münaqişənin dondurulması olmamalıdır.

 


Share: