İtaliya muzey biletlərinin qiymətlərini artırır

İtaliya şimaldakı Emilia-Romanya bölgəsindəki daşqın qurbanlarına pul toplamaq üçün muzeyə giriş haqqını bir avro artırıb.

Kulis.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Baş nazir Corc Meloni, İtaliyanın bir neçə gün ərzində iki milyard avro tapması lazım olduğunu, səlahiyyətlilərin bunu çətin bir iş hesab etdiyini bildirib.

“Mədəniyyət Nazirliyi muzeylərə giriş haqqının müvəqqəti olaraq bir avro artırıb və ondan əldə olunan gəlirlər daşqından zərər çəkmiş mədəni irsin qorunmasına sərf olunacaq”, – deyə baş nazir qeyd edib.

Həmçinin zərər çəkmiş bölgələrdə işə gedə bilməyən işçilər 90 günə qədər fasilələrə görə kompensasiya alacaq, iş adamları üç min avroya qədər birdəfəlik ödəniş tələb edə biləcək.

Qeyd edək ki, Emiliya-Romanyada uzun sürən leysan yağışlardan sonra daşqın baş verib. Nəticədə azı 14 nəfər daşqınların qurbanı olub, 23 min insan isə təxliyə edilib.

Share: