Beynəlxalq Buker Mükafatının qalibi məlum oldu

Nüfuzlu ədəbiyyat mükafatlarından biri olan Beynəlxalq Buker Mükafatının qalibi məlum olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bolqar nasir və şair Georgi Qospodinov “Time Shelter” (Zaman sığınacağı”) romanına görə ingilis dilində ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatı 2023-ün qalibi olub.

Mükafatı alan 55 yaşlı yazıçı romanını “yaddaş və zaman” haqqında hekayə adlandırıb.

Mükafatın qalibinə 50,000 funt sterlinq (62,000 dollar) veriləcək. Mövcud qaydalara görə, o, pul mükafatını amerikalı Angela Rodel tərəfindən hazırlanmış kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşməli olacaq.

Qeyd edək ki, bundan əvvəl bolqar dilində yazılmış kitab Buker mükafatına namizəd olmayıb.

Beynəlxalq Buker Mükafatı 1969-cu ildə təsis olunub və əvvəllər iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

Share: