Rusiya Ukraynada daha bir generalını itirdi

Rusiya ordusu Ukraynada daha bir generalını itirib. Müstəqil.Az xəbər verir ki, bu haqda Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün Telegram-kanalında bildirib. “Yaxşı xəbər var: bu gün Şərq Hərbi Dairəsinin 29-cu ordusunun komandanı, general-mayor Andrey Kolesnikov “200” (Rusiya ordusunda ölü hərbçilərə verilən kod, – red.) oldu”, – o yazıb. Geraşenko generalın hansı istiqamətdə və hansı şəraitdə öldürüldüyünü göstərməyib.

 

Bu, Rusiyanın Ukraynada itirdiyi sayca üçüncü (təsdiqlənmiş faktdan söhbət gedir) generalıdır. Bundan əvvəl Rusiya Mərkəz Hərbi Dairəsinin 41-ci ordusunun komandan müavini, general-mayor Vitali Gerasimov Xarkov ətrafında gedən döyüşlərdə öldürülmüşdü. O, Suriya və Çeçenistandakı hərbi əməliyyatlarda, habelə Krımın ilhaqında iştirak edib. Xeyli mükafatları vardı.

Daha əvvəl isə 41-ci ordunun digər komandan müavini, general Andrey Suxovetskinin Kiyev ətrafındakı döyüşlərdə öldürüldüyü məlum olmuşdu.

Müstəqil.Az

Share: