Rusiya bu cür çökür – Detallar

İqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın sanksiyalardan itkilərini sıralayıb.

Müstəqil.Az xəbər verir ki, ekspert Kremlin ciddi yanlışlığa yol verdiyini bu cür sistemləşdirib:

“1) Fevral ayının 18-də Rusiyanın qızıl-valyuta ehtiyatı 634 mlrd. dollar idi. Rusiya bu vəsaitin 440 mlrd. dollarını Qərbdə saxlayırmış: artıq 310 mlrd. dollar dondurulub, daha 100 mlrd. dollar isə dondurulmaq üzrədir. Bundan başqa, 124 mlrd. dollar vəsait fiziki qızılda idi, indi məlum olur ki, bu qızılın yarısına yaxını Britaniyadadır. Artıq 520-530 mlrd. dollara yaxın vəsait “donub”;

2) Rusiyanın 1200-ə yaxın sərnişin uçağı vardı, bunun 890-a yaxını “Boinq” və “Eyrbus” imiş, məlum olur ki, bu təyyarələrin tamamı Qərbin mülkiyyətidir. Artıq 79 uçaq xaricdə həbs edilib, qalanlarını isə Rusiya “milliləşdirib”, ancaq öz ərazisində uça biləcək – amma ehtiyat hissələri də verilmir, 3-6 aya o uçaqlar metal yığını olacaq;

3) Rusiya markası olan “Kamaz”, “Lada”, sən demə, 40-60% arası xarici ehtiyat hissələrinin köməyi ilə istehsal edilirmiş – indi zavodlar durmaq üzrədir, digər bütün rus zavodları da eyni gündədir, hətta tank istehsalı və təmiri zavodu da ehtiyat hissələrinin 30%-ni xaricdən alırmış;

4) Rusiyanın qüruru kosmos və silah sənayesidir, indi məlum olur ki, bütün avadanlığın mikroçipləri, yarımkeçiriciləri xaricdən gəlirmiş, cəmi 2 aylıq ehtiyat hissələri var, sonra bu sahələr də duracaq (Məlum olub ki, Çinə kömək üçün məhz bu mallara görə müraciət ediblərmiş, “yox” cavabı alıblar);

5) Rusiyanın dərman sənayesi 80%, kənd təsərrüfatı 55% xaricdən, Qərbdən asılıdır…”

Müstəqil.Az

Share: