Ronaldu Səudiyyə Ərəbistanında ayın oyunçusu seçildi

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu fevral ayı üzrə Yüksək Performans Mükafatı alıb.

38 yaşlı portuqaliyalı Səudiyyə Ərəbistanı çempionatında ayın ən yaxşı oyunçusu seçilib.

O, Ər-Riyad klubunun heyətində dörd oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.

Xatırladaq ki, Kriştianu qış transfer pəncərəsində “Mançester Yunayted”lə yollarını ayırıb.

Mənbə: sports.ru

Share: