Kürklərini zəlzələdən zərərçəkənlərə verməsi istənildi

Heyvanların hüquqlarının müdafiəsi təşkilatı PETA gündəlik həyatda əsl xəz dəriyə üstünlük verən ABŞ-li müğənni Rihannaya seçimindən imtina etməsi üçün məktub və saxta kürk göndərib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat müğənnidən Türkiyədə və Suriyada zəlzələdən zərərçəkənlərin soyuq havada və çətin vəziyyətdə qaldıqları üçün əsl xəzləri onlara bağışlamasını istəyib.

Həmçinin, məktubda hazırda Kaliforniyada xəz satışının qeyri-qanuni olduğu və bir çox məşhur dizaynerin ondan istifadə etmədiyi də qeyd olunub.


Share: