Vinisiusu təhqir edən azarkeşə 1 illik qadağa

“Real”ın futbolçusu Junior Vinisiusa qarşı irqçilik edən “Malyorka” azarkeşi cəzalandırılıb.

“Qafqazinfo” COPE-yə istinadən xəbər verir ki, La Liqanın 20-ci turunda keçirilən görüşdə braziliyalı oyunçuya “Sən meymunsan” deyən fanata 1 il idman tədbirlərinə giriş qadağan olunub.

O, həmçinin 4 min avro məbləğində cərimə olunub.


Share: