Ronaldu Çempionlar Liqasında çıxış edən klubdan təklif alıb?

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerasını Avropa klublarından birində davam etdirə bilər.

Bu barədə sosial şəbəkələrdə qətərli insayder Məhəmməd Əl-Kaabi yazıb.

Mənbənin məlumatına görə, forvardın agenti Xorxe Mendeş Avropa klublarından birindən təklif aldıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə danışıqları yekunlaşdırıb.

Komandanın adı açıqlanmasa da, klubun Çempionlar Liqasında çıxış etdiyi qeyd edilib.

Lakin sonradan bu məlumatın həqiqətə uyğun olmadığı ortaya çıxıb. Əl-Kaabi yalan informasiyaya görə hər kəsdən üzr istəyib.

Qeyd edək ki, 37 yaşlı Ronaldu bu ilin noyabrından komandasız qalıb.

Mənbə: gazeta.ru

Share: