Qonaq getdiyi evdə tutulmamaq üçün özünü binadan atdı, öldü

Abşeronda dəhşətli hadisə baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hündürmərtəbəli binadan tullanan şəxs elə hadisə yerində vəfat edib.

Bel’ ki, gəldiyi mənzilin sahibləri tərəfindən evdə tutulan şəxs çıxış yolunu özünü binadan atmaqda görüb. Hadisə yerində İctimai TV-nin çəkiliş qrupu olub.

Hadisə dekabrın 28-də gecə saatlarında Mazasır qəsəbəsində yerləşən çoxbərtəbəli binada qeydə alıb. Qonşular ölən şəxsin həmin binada yaşamadığını deyib. Məlumata görə, həmin şəxs binadakı mənzillərdən birinə qonaq gəlib. Bu zaman evin xanımı tək olub. Bilinməyən səbəbdən də evdə quraşdırılan təhlükəsizlik kameraları söndürülüb. Sözügedən evin sahibi isə ölkədə olmayıb.

Bu zaman ər təhlükəsizlik kameralarının işləmədiyi görüb narahat olub. Buna görə də qayınlarına zəng edib. Qardaşların evə gəldiyi zaman bacılarının xəbəri olmayıb. Qapı döyülsə də, qadın qapını açmayıb. Qapıdan çıxış olmadığını görək qonaq, özünü eyvandan aşağı atıb. O, tikinti materiallarının üzərinə düşərək ölüb.

Onun mənzilə hansı səbəbdən gəldiyi isə istintaq tərəfindən araşdırılacaq.


Share: