Respublika Perinatal Mərkəzinə yeni direktor təyin edildi

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Respublika Perinatal Mərkəzinə direktor təyin edilib. Mərkəzin direktoru vəzifəsi tanınmış mama-ginekoloq Mehriban Adil qızı Abasquliyevaya həvalə olunub.

“Qafqazinfo” xəbıər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Yeni direktor kollektivə təqdim olunub. 

Təqdimat mərasimində Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində xidmət keyfiyyətinin yüksəldilməsi, ana və uşaq sağlamlığının təmin olunmasına diqqətin artırılması, pasiyent məmnunluğunun təmin edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Mehriban Abasquliyeva 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. 2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum evinin baş həkimi vəzifəsində çalışıb.


Share: