Məşhur reper itkin düşdü

Rep ifaçısı Teofil London itkin düşüb.

Kulis.az xəbər verir ki, musiqiçinin ailəsinin Los Anceles Polis İdarəsinə verdiyi açıqlamaya görə , iyul ayından bəri reperdən xəbər yoxdur.

“Harada olursansa ol, bizə bir işarə göndər. Nə olursa olsun, biz sənin üçün gələcəyik, oğlum “deyə Londonun atası sosial şəbəkələrdə yazıb.

Los Anceles Polis İdarəsindən bildirilib ki, son bir neçə həftə ərzində sənətçinin dostları və ailəsi onun harada olduğunu müəyyən etmək üçün birlikdə çalışırlar. Sonuncu dəfə kimsə onunla 2022-ci ilin iyulunda Los-Ancelesdə danışıb.

Qeyd edək ki, London üç studiya albomu buraxıb. Onlardan sonuncusu 2020-ci ildə “Bebey” olub.

Share: