Rasim Balayev Türkiyəyə göndərilir – Müalicə üçün

Azərbaycanın xalq artisti Rasim Balayev müalicə olunmaq üçün Türkiyəyə gedəcək.

Bu barədə “Report”a xalq artisti özü məlumat verib.

O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicəsinin xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib:
“İstanbula gedirəm. Xəstəxananın adını hələ bilmirəm. Müalicəm vaxtı Bakıdakı demək olar ki, bütün xəstəxanaları gəzmişəm, hara göndərdilər ora da gedirdim.”.

Share: