Rəsmi Bakı Fransanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədər Fransanı təbrik edib.

 

Müstəqil.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında paylaşım edilib.

 

“Bu gün Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Fransa Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-Fransa əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, – deyə məlumatda qeyd olunub.(Modern.az)

Share: