Qorbaçovla vidalaşma bu tarixdə keçiriləcək

Ötən gün vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla vida mərasimi sentyabrın 3-ü, şənbə günü baş tutacaq.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Exo Moskva”nın keçmiş baş redaktoru Aleksey Venediktov məlumat verib.

Xatırladaq ki, Mixail Qorbaçov vəsiyyət etdiyi kimi, həyat yoldaşı Raisa Qorbaçovanın yanında Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunacaq.


Share: